Obama geri qayıdır

“The Hill” qəzetinə istinadən verilən xəbərə əsasən, ABŞ-ın eks-prezidenti Barak Obama tezliklə ölkənin ictimai həyatında iştiraka geri dönmək niyyətindədir.

Administrasiyanın eks-başçısının köməkçilərindən biri bildirib ki, “Obama qarşıdan gələn payızda milli səhnəyə geri dönəcək”. Mənbənin məlumatına görə, bu qayıdış “incə rəqs” olacaq, çünki demokratlar Obamanın partiyanın siması olmasını istəmirlər.

Qeyd edilir ki, atılacaq gələcək addımların planı yaxın zamanda hazırlanacaq. “Obamaya yaxın məsləhətçilər iddia edirlər ki, o, partiyanın bərpasında aktiv rol oynayacaq”. Lakin buna baxmayaraq, bütün bu işlərin nəzərə çarpacaq hissəsi gözlərdən uzaq olacaq.

Xüsusilə, nəzərdə tutulur ki, Obama partiyası üçün vəsaitin toplanmasında iştirak edəcək.

Xatırladaq ki, Obama 8 il ABŞ Prezidenti olub. Bu, qanunla müəyyən edilmiş ən maksimal müddətdir.