OBA market çeklərində silinmiş kodlar: ƏDV-ni geri almaq üçün oxunmur

OBA market çeklərində silinmiş kodlar: ƏDV-ni geri almaq üçün oxunmur

Supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılmasına başlanılıb. Belə ki, vətəndaş nəzarət-kassa aparatının çekində yer alan 12 simvollu fiskal İD-ni elektron kabineti vasitəsilə sistemə daxil etməklə və ya QR kod vasitəsilə ƏDV-nin bir hissəsini geri ala bilər.

Lakin bir sıra vətəndaşlar alış-veriş zamanı onlara verilən çeklərdə fiskal İD-nin olmamasını və ya bəzi hallarda isə bu kodun oxuna bilməməsindən şikayət edirlər.

"MediaPost" xəbər verir ki, Bakı sakini Aslan Mirzəyev "OBA marketlər" şəbəkəsindən müvafiq kodlar oxunmayan çeklərin verildiyini iddia edir.

O bildirir ki, alış-veriş zamanı verilən çekdə qeyd olunan fiskal İD və QR kod yarısilinmiş vəziyyətdə olur: ""OBA market"in çeklərində nə QR kod, nə də fiskal İD oxunmur. Çeklər keyfiyyətsiz olduğu üçün yazılar silinir və kodları "Ədvgerial" sisteminə daxil etmək olmur".

Sözügedən vətəndaş bu marketdən etdiyi 20-dən çox alış-verişdə eyni hal ilə rastlaşdığını qeyd edir.

 

Facebook