`Nəvai` postunun yaxınlığında qəza: xəsarət alan var

Bu gün Bakı-Ələt-Qazax yolunun "Nəvai" postu adlanan ərazisində yol nəqliyyat hadisəsi baş verib. 

Operativ.tv "Faktxeber"ə istinadən xəbər verir ki, qəzaya səbəb ərazidə aparılan yol tikintisidir.

Tikinti başlayan ərazidə nişan qoyulub və sürücülərin hərəkəti qarşı tərəfdə davam etdirlməsi tələb olunur. Digər tərəfdən hərəkət edən sürücülər isə yolun bitərəfli qaydada nizamlanmasından xəbərsiz olması nəticəsində qəza baş verib. Nəticədə 2 "Mercedes" və bir "KamAZ" markalı yük avtomobilinə ciddi ziyan dəyib. Bir nəfər sürücünün ciddi xəsarət aldığı bildirilir.