Nüvə silahının qadağanı müqaviləsi qüvvəyə mindi, amma...

Nüvə silahının qadağanı müqaviləsi qüvvəyə mindi, amma...

Nüvə silahlarını qadağan edən beynəlxalq müqavilə yanvarın 22-də qüvvəyə minib.

Lakin bu sənədin reallıqda nəyə nail olacağı sualı açıq qalır, beləki nüvə silahı olan ölkələr bu müqavilədən kənarda qalırlar.

BMT-nin baş katibi Antonio Quterres deyib ki, “Nüvə Silahlarının Qadağanı Müqaviləsi (The Treaty on the Prohibition of Nuclear Weapons - TPNW) nüvə silahları olmayan dünyaya doğru mühüm addım və nüvə tərksilahına çoxtərəfli yanaşmanın güclü nümayişidir”.

Quterres 20 ildən çox müddətdə ilk dəfə irəli sürülən çoxtərəfli nüvə tərksilahı müqaviləsini alqışlayıb və bu ambisiyalı məqsədə doğru birgə hərəkətə çağırıb.

Atom silahlarının inkişaf etdirilməsini, istehsalını, sınaqdan çıxarılmasını, saxlanmasını və ondan istifadəni qadağan edən müqavilə ötən oktyabrda özünün 50-ci ratifikasiyasının ardınca verilmiş 90 günlük müddətdən sonra beynəlxalq qanuna çevrilib.

Bu sənəd BMT Baş Assambleyasının 2017-ci ildə keçirilmiş iclasında dünyanın üçdə ikisini təşkil edən 122 dövlət tərəfindən qəbul olunmuşdu.

Amma bu ölkələrin yalnız təxminən yarısı bu müqaviləni milli qanunvericiliklərinin bir hissəsinə çevirib.

Hətta atom hücumuna məruz qalan Yaponiya da

Nüvə silahına malik olan və ya malik olduğu ehtimal edilən 9 ölkə - Britaniya, Çin, Fransa, Hindistan, İsrail, Şimali Koreya, Pakistan, Rusiya və ABŞ bu sənədi dəstəkləməyiblər.

Hətta atom bombası hücumuna məruz qalmış yeganə ölkə olan Yaponiya da müqaviləni dəstəkləməyib.

Tokio bu müqavilənin icrasının ağlabatan görünmədiyini əsas gətirir.

Buna baxmayaraq Nobel mükafatlı təşkilat - Nüvə Silahlarının Ləğvi Beynəlxaql Kampaniyasının icraçı direktoru Beatris Fin bəyan edib ki, qadağan hərəkatı bundan sonra güclənməkdə davam edəcək.

Avstriyanın xarici işlər naziri Aleksander Şellenberq deyib ki, “bəşəriyyətin yaratdığı ən bəlalı silahın ləğvi üçün saat işə salınıb”.

O deyib ki, piyadalara qarşı minaların, kassetli silahların, bioloji və kimyəvi agentlərin qadağanına dair bundan əvvəl qəbul olunmuş müqavilələr də başlanğıcda geniş dəstəkləməmişdi, amma nəticədə bu sahədə böyük irəliləyiş oldu.

Facebook