"Nərgiz" mükafatının 2018-ci il qalibi elan olundu- Fotolar

Dekabrın 29-da Müsavat Partiyasının qərargahında Nərgiz Yaqublunun xatirəsinin əbədiləşdirilməsi məqsədilə təsis olunmuş “Nərgiz” mükafatının təqdimat mərasimi keçirilib.

Mükafat komissiyasında öncədən keçirilən gizli səsvermənin nəticəsinə əsasən bu il “Nərgiz” mükafatına həbsdə olan AXCP sədrinin müavini Gözəl Bayramlı layiq görülüb. Mükafat G. Bayramlının bacısı Şirin Ələkbərovaya  təqdim olunub.

Tədbirdə Milli Şuranın sədri Cəmil Həsənli, Müsavat Partiyasının başqanı Arif Hacılı, AXCP sədri Əli Kərimli, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər, ictimaiyyət nümayəndələri çıxış edərək, Nərgiz Yaqublunun keçdiyi şərəfli mübarizə yolunu yad edərək, hakimiyyət repressiyalarına rəğmən mübarizə aparan gənclərin fədakarlığını qiymətləndiriblər.

Qeyd edək ki, “Nərgiz" mükafatı 2015-ci ildə Nida Vətəndaş Hərəkətının təmsilçisi – vicdan məhbusu İlkin Rüstəmzadəyə, 2016-cı ildə isə “heykəl məhbusları” kimi tanınan Qiyas İbrahimov və Bayram Məmmədova, 2017-ci ildə jurnalist, bloger Mehman Hüseynova təqdim edilib.