“Nizami” Kino Mərkəzi Mel Gibsonun çəkildiyi filmləri nümayiş etdirməyəcək

“Nizami” Kino Mərkəzi Mel Gibsonun çəkildiyi filmləri nümayiş etdirməyəcək

Aktyor: “Münaqişənin sülh yolu ilə həllində erməni xalqına dua edirəm”

“Nizami” Kino Mərkəzi amerikalı aktyor Mel Gibsonun çəkildiyi filmlərin nümayişindən imtina edib. Buna ötən gün aktyorun video mesaj vasitəsilə Qarabağ müharibəsindən bəhs etməsi səbəb olub.

Video RTVI kanalı vasitəsilə yayımlanıb. Mel Gibson Dağlıq Qarabağdakı müharibədən narahat olduğunu bildirib:

“İşğal edilən Dağlıq Qarabağda qarşıdurmanın kəskinləşməsini dərin bir kədər hissi ilə öyrəndim. Münaqişənin sülh yolu ilə həllində erməni xalqına dua edirəm”.

“Nizami” Kino Mərkəzi tərəfindən məsələ ilə bağlı press-reliz yayılıb. Mərkəzdə aktyorun çəkildiyi filmlərin nümayişinə qadağa qoyulduğu bildirilib.

Sentyabrın 27-də Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar başlayıb. Ötən bir ay ərzində Azərbaycan ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, Hadrut qəsəbəsini, Xocavənd, Kəlbəcər rayonlarının isə bir sıra kəndlərini işğaldan azad edib.

Facebook