EURO : 1,8828 TRY : 0,2962 USD : 1,7 RUB : 0,0266
Nikoil bankın 3 vəzifəli şəxsi həbs edilib

Nikoil bankın 3 vəzifəli şəxsi həbs edilib

“Nikoil” İKB Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialının vəzifəli şəxsləri həbs edilib.

Bu barədə Baş Prokurorluqdan verilən məlumata görə, filialın müdiri Ruslan Talıbov filialın digər vəzifəli şəxsləri Vüsal Qasımov, Nazim İsmayılov və Elşən Xıdırov ilə əlbir olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib.

Onlar ayrı-ayrı şəxslərə 868 min manat məbləğində qanunsuz pul krediti veriblər. Bunun üçün 122 min manat pulu rüşvət alıblar. Həmçinin, onların bankın 192 min manat məbləğində vəsaitini mənimsəmələri barədə əsaslar olduğundan fakta görə cinayət işi başlanıb.

İstintaqın gedişində isə qeyd olunan vəzifəli şəxslərin vətəndaşlardan kredit adı ilə aldıqları 451 min məbləğindəki əmlak və nağd pulu ələ keçirdiklərinə dair şübhələr müəyyən olunub.

Onlara Cinayət Məcəlləsinin:

  • 178.3.2 (külli miqdarda dələduzluq),

  • 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə),

  • 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə),

  • 311.3.2 (təkrar rüşvət alma)

  • 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

R.Talıbov, V.Qasımov və E.Xıdırov barəsində məhkəmənin qərarı ilə həbs, N.İsmayılov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.

Facebook