Nigeriyada 3 terrorçu kamikadze bazara hücum etdi

Ötən gün axşam Nigeriyanın şimal-şərqində 3 terrorçu kamikadze bazara hücum edib. Hücum nəticəsində azı 15 vətəndaş həyatını itirib, 18 nəfər isə yaralanıb. Bu barədə “PM News” saytı məlumat verib.  

Məlumata əsasən, hücum yerli vaxtla 19:00-da Borno ştatının Kondyuqa şəhərində baş verib. Hücum nəticəsində yaralanan şəxslərin xəsətxanaya yerləşdirilidiyi qeyd edilir. Hücumu "Boko Haram" terror təşkilatının üzvlərinin təşkil etdiyi bildirilir.