Niderlandda futbol matçından sonra toqquşma olub

Niderlandda futbol matçından sonra toqquşma olub

Niderlandın Haaqa şəhərində furtbol matçından sonra baş vermiş toqquşmalarda dörd polis əməkdaşı xəsarət alıb.

Toqquşma "Den Haaq" və "Ekselsior" komandalarının görüşündən sonra baş verib.

Matçın əsas və əlavə vaxtı 4:4 hesabı ilə başa çatdıqdan sonra ev sahibləri penaltilər seriyasında məğlub olub.

"Den Haaq"ın yüksək liqaya vəsiqə qazana bilməməsindən məyus olan azarkeşlər meydançaya axışıb. Polislərin müdaxiləsi oyunçuların və hakimlərin təhlükəsiz şəkildə meydanı tərk etməsinə imkan yaradıb.

Toqquşma nəticəsində bir neçə nəfər, o cümlədən dörd polis əməkdaşı xəsarət alıb. Xəsarət alanlardan bir neçəsi xəstəxanaya yerləşdirilib.

Saxlananların da olduğu bildirilir.

Facebook