Nepalda təyyarə qəzasında azı 27 nəfər həlak olub

Nepaldan gələn məlumatlara görə, içərisində 70 nəfər olan sərnişin olan təyyarə Katmandu Beynəlxalq Aeroportuna enərkən qəzaya düşüb, azı 27 nəfər həlak olub.
 
US-Bangla Banqladeş şirkətinin təyyarəsi Dakadan gəlirmiş, uçuş zolağından çıxıb, alovlanıb.
 
Azı 17 nəfərin xəstəxanaya aparıldığı bildirilir.
 
"Kiminsə xilas edilməsi şansı çox azdır, çünki təyyarə çox pis yanıb”, – ordunun sözçüsü Gokul Bhandaree deyib.
 
Qəzaya görə Katmandu aeroportu bağlanıb.
 
publika.az