Neftçalada fəhlə hündürlükdən yıxılaraq ölüb

Neftçalada 28 yaşlı fəhlə hündürlükdən yıxılaraq ölüb.

APA-nın məlumatına görə, Neftçala sənaye məhəlləsində çalışan fəhlə – rayon sakini, 1990-cı il təvəllüdlü Kərimov Mehman Fazil oğlu hündürlükdən yıxılaraq ağır xəsarətlər alıb. Xəstəxanaya yerləşdirilən M. Kərimov aldığı xəsarətlərdən orada ölüb.

Faktla bağlı araşdırma aparılır.