Neft Fondundan hər ailəyə 250 manat vəsait ödənilsin – İqtisadi alimdən hökumətə təklif

Neft Fondundan hər ailəyə 250 manat vəsait ödənilsin – İqtisadi alimdən hökumətə təklif

“Neft Fondu yaxın aylarda ən azı 5 milyard manat itirəcək, bunu itirməkdənsə xalqla bölüşmək daha düzgün iqtisadi yanaşma olar”

Bu fikirləri “Rakurs.tv”yə açıqlamasında ABŞ-ın Rutgers universitetinin professoru, iqtisadçı alim Qubad İbadoğlu səsələndirib.

İqtisadçı bildirib ki, 1 aprel, 2020-ci il tarixinə Dövlət Neft Fondunun aktivləri 70 milyard 210 milyon manata bərabərdir. Bu məbləği böləndə hər adama 7000 manat vəsait düşür. Məbləğin 10 faizini, yəni 7 milyard manatını 10 milyon əhali arasında böləndə adambaşına 700 manat, 5 faizini böləndə isə hər kəsə 350 manat vəsait çatar. Amma mənim təklifim fərqlidir. Təklif edirəm ki, xalqın sərvəti hesabına formalaşan Neft Fondunun 3,75 faizi əhali arasında bərabər bölünsün və hər adama minimum əmək haqqı qədər - 250 manat vəsait ödənilsin”.


İqtisadçı alim əlavə edib ki, onun etdiyi təklif social baxımdan da ədalətlidir:” Bu təklif reallaşarsa, əhali gec də olsa neft və qaz adlı təbii sərvətlərə malik olduğunu həm hiss edər, həm də hazırkı çətin dövrdə ən zəruri ehtiyaclarını həmin vəsait hesabına qarşılayar. Eyni zamanda bu məcmu tələbi və alıcılıq qabiliyyətini artırar, büdcəyə dolayı vergilərdən daxil olmanı çoxaldar, bir sözlə iqtisadiyyatın böhrandan çıxmasında əhəmiyyətli rol oynayar. Odur ki, hakimiyyət bunu mümkün qədər tez etməlidir”.


Qubad İbadoğlunun sözlərinə görə, Fondun aktivləri sürətlə dəyərsizləşir, həmin pullar hər gün dəyərini itirir:” Üç aydan sonra görəcəyik ki, Neft Fondunun itkiləri xalqa mənim paylamaq üçün təklif etdiyim hazırkı məbləğdən çox olacaq. Neft Fondu yaxın aylarda ən azı 5 milyard manat itirəcək, bunu itirməkdənsə xalqla bölüşmək daha düzgün iqtisadi yanaşma olar”.

Facebook