Neft daşlarında fəhlə qətlə yetirildi

Dekabrın 12-də saat 11:50 radələrində Neft Daşlarında SOCAR-ın “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma bölməsinin fəhlələri Əsgərov Anar Təbriz oğlu və Xalıqov Azər Ədalət oğlu arasında məlum olmayan səbəblərdən şəxsi zəmində qarşıdurma baş verib.
 
SOCAR-ın mətbuat xidmətindən verilən məlumata görə, nəticədə Anar Əsgərov Azər Xalıqova bıcaqla xəsarət yetirmişdir. A.Xalıqov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.
 
Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib,  araşdırma aparılır.