Nazirliyinin adından jurnalistlərə saxta e-mail göndərildi

Səhiyyə Nazirliyi bu qurumun adından jurnalistlərə e-mail göndərilməsi ilə bağlı məsələyə münasibət bildirib.

 

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 2-də bir çox media qurumunun və jurnalistlərin e-mail ünvanlarına Səhiyyə Nazirliyinin adından saxta press-reliz göndərilib:

 

"Qeyd edirik ki, "info@sehiye.gov.az" mail ünvanının Səhiyyə Nazirliyinə heç bir aidiyyatı yoxdur. Səhiyyə Nazirliyinin rəsmi email ünvanı office@health.gov.az-dır".