Nazirliyin 59 işçisi həbs olundu

Ankara Respublika Prokurorluğunun FETÖ işi ilə əlaqədar apardığı istintaq çərçivəsində, "ByLock" proqramından istifadə edən Elm, Sənaye və Texnologiya Nazirliyinin 59 işçisi haqqında həbs qərarı çıxarıb.

"Timeturk"-ə istinadən xəbər verilir ki, qərarla bağlı ölkənin 20 vilayətində əməliyyat başlayıb. Sakarya vilayətində aparılan əməliyyat zamanı 7 nəfər həbs olunub.