Nazir müavini: Şəhid vərəsələrinə 50 milyon manat ayrılacaq

Nazir müavini: Şəhid vərəsələrinə 50 milyon manat ayrılacaq

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödənişlərin verilməsi proqramı növbəti ildə də davam etdiriləcək.

Oxu.Az-ın məlumatına görə, bunu maliyyə nazirinin birinci müavini İlqar Fətizadə Milli Məclisdə (MM) komitələrin birgə iclasında büdcə müzakirələri zamanı deyib.

Nazir müavini bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödənişlərin verilməsi proqramı növbəti ildə davam etdirilməsi üçün növbəti ildə dövlət büdcəsindən 50 milyon manat vəsait ayrılacaq.

Facebook