Nazir müavini: Azərbaycandakı korrupsiyada təhsilin də günahı var

Nazir müavini: Azərbaycandakı korrupsiyada təhsilin də günahı var

“Bu il ərzində məktəbdə müəllimlərin bir-birindən öyrənmək imkanlarına daha çox diqqət yetirməliyik”. 

 

Bunu "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib. Onun sözlərinə görə, dünyanın çox ölkəsində müəllimləri dəstəkləyici hansısa mərkəzlər, idarələr mövcud deyil. Dövlətin standartı var və bu standart dövlətin tələbidir. O daha sonra qeyd edib ki, məktəblərdə neqativ hallar hələ də davam etməkdədir: "Məktəblərdə keyfiyyət göstəricilərinin aşağı olmasının əsas səbəblərindən biri bu neqativ hallardır. Təhsil naziri Ceyhun Bayramov neçə direktorun işinin hüquq-mühafizə orqanlarına göndərildiyini söyləyib. Hələ də işi məhkəmələrdə olan bir neçə məktəb direktoru var. Bu neqativlər təkcə təhsili yox, dövləti də vurur. Çünki başqa sahələrdə işləyən və neqativ hallara yol verən şəxsləri də məktəb yetişdirir. Bu gün cəmiyyətdə korrupsiya hallarını görürüksə, burada təhsilin də günahı var. Dünyada texnologiya sürətlə inkişaf edir və bu yeniliklər özünü birbaşa təhsildə biruzə verir. Amma biz bütün bunları qoyub hələ də neqativ hallarla mübarizə aparırıq".

Facebook