Nazir: Bəzi hallarda çirkab suların qeyri-düzgün idarə edilməsi müşahidə olunur

Nazir: Bəzi hallarda çirkab suların qeyri-düzgün idarə edilməsi müşahidə olunur

“Sahil boyu şəhər və rayonlarda bəzi hallarda çirkab suların qeyri-düzgün idarə edilməsi müşahidə olunur”.

Bunu Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib.

Onun sözlərinə görə, müxtəlif layihələr işlənib, əksər regionlarda “Azərsu” tərəfindən layihələrə başlanıb: “Amma çirklənmə yenə var. Abşeron və Sumqayıtda sahil boyundakı iaşə obyektləri ilə bağlı bir neçə nöqtədə narahatedici məlumatlar var. “Azərsu” özəl təşkilatlara xəbərdarlıq və məcburi göstəriş verir. Nazirlik də bir sıra çirklənmə halları ilə bağlı məhkəməyə müraciət edib və cərimələr olub. Əsas yük “Azərsu”nun üzərinə düşür, qısa zamanda müsbət nəticə görəcəyik”.

Facebook