Naxçıvan-Məşhəd sürət qatarının hərəkət cədvəlində dəyişiklik ediləcək- Foto

Aprelin 15-dən 16/15 saylı Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəlində və dövriyyəsində dəyişiklik ediləcək.

Azərbaycan Dəmir Yolları QSC-dən verilən məlumata görə, qatar Naxçıvandan 15.04.2018-ci ildən etibarən həftənin VII günləri (bazar günləri) yola düşəcək, Məşhəd stansiyasına 17.04.2018-ci ildən etibarən həftənin II günləri çatıb və geriyə 18.04.2018-ci il tarixdən etibarən həftənin III günləri yola düşəcək. Qatar Naxçıvana 19.04.2018-ci il tarixdən etibarən həftənin IV günləri çatacaq.

Sözügedən marşrut iki ölkə arasında dostluq, dəmir yolu və turizm əlaqələrinin davamlı inkişafına da dəstək olur.