NATO: Türkiyə və Yunanıstan danışıqları qəbul edib

NATO: Türkiyə və Yunanıstan danışıqları qəbul edib

Türkiyə danışıqları dəstəkləyir, Yunanıstan tərəf “təhdidlər keçməlidir ki, təmaslar başlasın” deyir

NATO ittifaqın üzvləri olan Türkiyə və Yunanıstanın mübahisəli qaz kəşfiyyatı ilə bağlı Aralıq dənizinin şərqində yaranmış hərbi gərginliyin azaldılması üçün “texniki danışıqlar” aparmağı qəbul edib, - “Aljazeera” xəbər verir.

Yunanıstan və Kipr bölgədə suverenlikərinin pozulduğunu söyləyir və qeyd edir ki, Türkiyə qazma işləri ilə əlaqədar ərazidə gərginliyi artırmaqdadır. “Hər iki tərəf bölgəyə hərbi gəmilərini cəlb edib və bu, anidən münaqişənin çıxa biləcəyi ilə bağlı narahatlıqları artırır”, - “Aljazeera” bildirib.

“Yunanıstan və Türkiyə liderləri ilə apardığım müzakirələrdən sonra hər iki müttəfiq Aralıq dənizinin şərqindəki hadisələr və qəzalar riskini azaltmaq üçün hərbi münaqişədən uzaq mexanizmlər yaratmaq istəyir. Bunun üçün NATO-da texniki danışıqlara getməyə razı olublar”,- NATO-nun Baş katibi Yens Ştoltenberq (Jens Stoltenberg) cümə axşamı deyib.

“Yunanıstan və Türkiyə müttəfiqdirlər və NATO ortaq təhlükəsizliyimizə təsir edən bütün mövzularda məsləhətləşmələr üçün vacib bir platformadır”.

Yunanistan Xarici İşlər Nazirliyinin mənbələrinə istinadən mətbuatda yer alan xəbərlərə görə, cümə axşamı Yunanıstan NATO vasitəçiliyi ilə Türkiyə ilə danışıqlar aparmağı qəbul etdiyini inkar edib.

Yunan mənbələr danışıqların ancaq türk gəmiləri bölgəni tərk etdikdən sonra mümkün olacağını bildirib.

Cümə günü səhər Yunanıstanın Baş naziri Kyriakos Mitsotakis deyib ki, danışıqlar başlayarsa, ölkəsi təhlükə altına düşəcək.

Mitsotakis səfərdə olan Çin Kommunist Partiyasının yüksək səviyyəli rəsmisi ilə görüşdə “təhdidlər keçməlidir ki, təmaslar başlasın”,- deyə bildirib.

Bu arada Ankara NATO-dakı danışıqlar fikrini dəstəkləyib.

“Bu təşəbbüs ölkəmiz tərəfindən dəstəklənir”, Türkiyə Xarici İşlər Nazirliyinin cümə axşamı verdiyi açıqlamada bildirilir: “Yunanıstanın NATO Baş katibinin təşəbbüsünü dəstəkləməsini gözləyirik”.

Türkiyə tərəfinin açıqlamasında danışıqların yalnız qəzaların qarşısını almaq, tərəflərin dəniz sərhədləri və enerji axtarış hüquqları ilə bağlı fikir ayrılıqlarını həll etməməyə yönələcəyi vurğulanıb.

Müşahidəçilər danışıqların ən azı iki qonşu arasında gələcək dialoq üçün bir açar rolu oynayacağı qənaətindədir.

Baş katibin açıqlaması ABŞ Dövlət katibi Mayk Pompeonun (Mike Pompeo) tərəfləri gərginliyi və böhranı azaltmaq üçün diplomatik kanallar açmağa dair çağırışından sonraya təsadüf edir.

Ankara kəşfiyyat gəmilərini şərqi Aralıq dənizinə göndərərək, Türkiyənin və Şimali Kipr Türk Cümhuriyyətinin bölgədə olan qaz ehtiyatlarına haqq iddiası irəli sürüb. Prezident Rəcəb Tayyip Ərdoğan bu həftə meydan oxuma xarakterli çıxışlar edərək Yunanıstanın Avropa dövlətləri, xüsusilə də Fransa tərəfindən müdafiə edilməsinin Ankaranı qorxutmadığını bildirib.

Avropa İttifaqı Ankaranı bölgədə fəaliyyətlərə son qoymağa və Yunanıstanla dialoqa girməyə çağırıb. Əks halda Ankaraya sanksiyalar qoyula bilər, blok vurğulayıb.

Bölgədəki durum cümə axşamı Almaniya kansleri Angela Merkel və Ərdoğan arasında düzənlənmiş video konfransın əsas müzakirə obyekti olub.

Merkelin sözcüsü Ştefan Zaybertin bildirdiklərinə görə, hər iki lider bölgədə gərginliyin azaldılması yönündə razılığa gəlib.

Ərdoğanın administrasiyası isə vurğulayır: “Prezidentimiz bəzi ölkələrin Yunanıstanın eqoist və ədalətsiz münasibətini dəstəkləməsinin qəbuledilməz olduğunu bildirib”.

Facebook