NATO-dan Türkiyəyə Afrin təklifi

NATO Türkiyəyə Afrindəki əməliyyatının miqyasını və müddətini azaltmağı təklif edib

Türkiyənin Suriyanın Afrin bölgəsində apardığı əməliyyatın miqyası və müddəti məhdudlaşdırılmalıdır. APA-nın verdiyi xəbərə görə, bu barədə NATO baş katibinin müavini Rouz Qetemüller bildirib.   

"Türkiyə Alyansın dəyərlərini unutmamalıdır. Afrindəki əməliyyata gəlincə, bu o deməkdir ki, proporsionallıq prinsipinə əməl edilməlidir, mülki şəxslər hədəf olmamalıdır, əməliyyatın miqyası və müddəti mümkün qədər məhdudlaşdırılmalıdır", — deyə Rouz Qetemüller Brüssel Forumunda çıxışı zamanı bildirib.