Nasir Məkarim Şirazinin Qarabağla bağlı bəyanatı

Nasir Məkarim Şirazinin Qarabağla bağlı bəyanatı

Qarabağ hadisələrilə bağlı İslam aləminin böyük mərceyi-təqlidi ayyətullah-üzma Nasir Məkarim Şirazinin bəyanatı:
 
"Rəhman və Rəhim Allahın adı ilə.
 
   Son günlərdə Qarabağ haqqında narahatedici xəbərlər bir daha düşüncə və qəlbləri İslam dünyasının bir parçası olan bu bölgəyə yönəltdi.
   Belə ki, illər öncə bu bölgənin zalım işğalından sonra müharibə atəşi yenidən alovlanmışdır. Həmin torpaqlarda çox sayda məzlum müsəlmanın qanı axıdılmış və bir çoxları da yurd-yuvalarından didərgin düşmüşdü. Təbii ki, bunun da məsuliyyətini işğala səbəb olan tərəf daşıyır.
    Fələstin və digər İslam ölkələrinin işğaldan azad edilməsi ilə yanaşı Dağlıq Qarabağ bölgəsini də tam şəkildə azad etmək və ərazi bütünlüyünü tanımaq bütün müsəlmanlara vacibdir. Biz də öz növbəmizdə bölgənin tamamilə azad edilməsi və işğal olunan torpağların İslam aləminə geri qayıtmasına səbəb olacaq hər hansı bir vasitəçilik, danışıq və müsbət qərar qəbul edilməsini təkidlə dəstəkləyir və vacib hesab edirik.
Bu arada hörmətli Azərbaycan Respublikası höküməti Qurani-Kərimin "Zülm edənlərə meyl etməyin" əmri ilə hərəkət etməli, müsəlmanların qanını mübah bilən və İslam torpağlarında fitnə yaradaraq öz mənafelərini həyata keçirməyə çalışan işğalçı və qəsbkarlardan kömək istəmək əvəzinə həqiqi dostlarının köməyi ilə Azərbaycan xalqının hüququnu tələb etməlidir.
 İsa (ə.s) başda olmaqla müqəddəs kitabların və bütün ilahi peyğəmbərlərin təlimləri zülmdən uzaq olmaq və məzlumlara kömək etmək idi. Bu səbəbdən bütün xristianlara Ermənistan dövlətini öz öhdəliklərini yerinə yetirmələri üçün tövsiyə etmələri lazımdır.  Bununla da İlahi dini zülmdən və işğaldan təmizləyərək möminlərin və dünyada Allaha pərəstiş edən şəxslərin qəlblərini bir-birinə yaxınlaşdırmalı, zülm və zülmün nəticələrindən ehtiyatlı olmalıdırlar. Allah taala buyurur: "Zülm edənlər isə hansı dönüşə dönəcəklərini mütləq biləcəklər!"
Allahın rəhməti və bərəkəti sizin üzərinizə olsun"!
 
Nasir Məkarim Şirazi
Qum şəhəri;
18.10.2020

Facebook