EURO : 1,8744 TRY : 0,2954 USD : 1,7 RUB : 0,0266
NASA dünyadan altı dəfə böyük, yaşamaq üçün əlverişli planet kəşf edib

NASA dünyadan altı dəfə böyük, yaşamaq üçün əlverişli planet kəşf edib

Amerika Kosmik Tədqiqatlar Agentliyi (NASA) uzaq bir günəş sistemində həyat üçün əlverişli şəraiti olan planet kəşf edib.

“ScienceDaily” adlı amerika elmi qəzetinin xəbərinə görə, NASA-nın tədqiqat peyki TESS Günəş sistemindən 31 işıq ili uzaqda “GJ 357 d” adlı bir planet kəşf edib.

Adı çəkilən planet yer kürəsindən 6 dəfə böyük böyükdür və Goldilocks adlı içində həyat şəraiti olan bir ulduz sistemində yerləşir.

“GJ 357 d”-nin planetində atmosfer təzyiqi normal olacağı halda səthində maye vəziyyətində suyun da ola biləcəyi ehtimal edilir.

Yeni kəşf olunmuş planetlə bağlı ətraflı məlumatlar “Astronomy&Astrophysics” adlı dərgidə yayımlanıb.

Facebook