Nardaran məhbusundan xəbər var - Foto

Nardaran məhbusundan xəbər var - Foto

Cahad Babakişizadə Pentesiar xidmətin Müalicə Mərkəzinə yerləşdirilib.


Rakurs.tv xəbər verir ki, bu barədə Cahad Babakişizadənin yaxınları məlumat veriblər.

 

Məlumatda vurğulanır ki, bir neçə gündür ki, Qobustan həbsxanasında müəsisənin rəhbərliyinin sərt davranışları, qanunsuz rəftarı səbəbindən aclıq aksiyası keçirən, ardınca isə cərimə kamerasına salındığı üçün ağzını tikən, Nardaran hadisələri zamanı həbs olunan Cahad Babakişizadə hal hazırda Pentensiar xidmətin müalicə mərkəzindədir.

 

İki gündür ki, (3 Sentyabrdan) müəsisəyə köçürülən Babakişizadənin səhhətində xüsusi bir narahatlıq yoxdur. Özünün bildirdiyinə görə yaranan narazılıqlar qismən də olsa öz həllini tapıb və tam olaraq həll olacağına da ümid edir.

 

Xatırladaq ki, 26 Avqust tarixində Cahad Babakişizadə həbsxana rəisi Aftandil Ağayevin qanunsuz hərəkətlərinə etiraz olaraq aclıq etmiş, ardınca isə cərimə kamerasına salındığı üçün ağzını tikmişdi.