Nardaran məhbusu yenidən karserə salınıb

Nardaran məhbusu yenidən karserə salınıb

Nardaran hadisələri zamanı həbs olunan Cabbar Cabbarov karserə salınıb. Bu barədə ailəsi məlumat verib. Onların bildirdiyinə görə 1-saylı müəsissədə C. Cabbarov üç gün öncə, oktyabrın 15-də günahsız olaraq karserə salınıb. Ailəsinin iddiasına görə həbsxanada iki şəxs arasında yaranan münaqişə savaşa çevrilincə C. Cabbarovun bu işlə əsla əlaqəli olmadan onları ayırmağa qalxıb. Bütün həbsxana məhbusları ilə bərabər hadisə yerinə gələn gözətçilər də hadisəni görüb. Lakin bunula belə mübahisənin qarşısını alan şəxs, Cabbar da iştirakçılarla bərabər saxlanılıb və yeddi günlük karser cəzası alıb.

Ailə onun səhhəti ilə bağlı narahatlıq yaşayır. Cabbar uzun illərdir ki, hepatit xəstəsidir. Son illər Qobustan həbsxanasında durumunda yetərincə problemlər qabarmışdı. Karser isə müəyyən məhdudiyyətlə xəstəliklərin şiddətlənməsinə gətirib çıxarır. “Zatən Cabbar günahsızdır və bu illəri onun işgəncə yaşaması ona olunan zülmdən başqa bir şey deyil. İndi də həbsxana içində ona cəhənnəm yaşadıb durumunu ağırlaşdırmaq həqiqətən də qəbuledilən deyil”-deyə ailəsi bildirib.

Xatırladaq ki, Cabbar Cabbarov Nardaran hadisələri zamanı həbs olunub və “Nardaran 1” şərti adı altında keçən məhkəmə işində iddiham olunub. O, 19 il azadlıqdan məhrum edilib. Məhkəmə zalından birbaşa Qobustan həbsxanasına göndərilən C. Cabbarov ötən ilin payızında 1-saylı cəzaçəkmə müəsissəsinə köçürülmüşdü.

Facebook