"Nardaran işi-3": "Elman Ağayevə işgəncə verərək, bəlli olmayan sənədlərə imza atdırıblar"

İyulun 31 -də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə “Nardaran işi-3” üzrə ilahiyyatçı Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyatov, Elxan Həsənov, Mübariz İbrahimov, Əli Hüseynov, Ramil Seyfullayev, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Təqsirləndirilən şəxslərdən Elman Ağayevin hüquqlarını müdafiə edən vəkil Akif Əliyev məhkəmədə çıxış edərək Lənkəran rayonu Digah kəndindəki evində axtarış aparılması və üzərində baxış keçirilməsi barədə 29.11.2015 –ci il tarixli əməliyyat axtarış tədbiri protokolunda hal şahidi kimi imza atan Bakı şəhər sakini Sultanov Sultanağa Nəriman oğlu və Salyan rayonunun Kərimbəyli kəndində qeydiyyatda olan Qurbanov Arzu Xanbala oğlu , eləcə də ittiham aktında ifadələrə istinad olunaraq sübut kimi istifadə olunmuş Bağırov Tale Kamil oğlu, Muradov Fərhad Mirzəhəsən oğlu , Əliyev Ramil Zabil oğlu , İlyasov İsa Tofiq oğlu ittiham tərəfindən məhkəməyə çağırılacaq şahidlər siyahısına salınmadığını bildirib.

Vəkil A. Əliyev bunu əsas gətirərək, Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, RPŞ-nin sabiq rəisi Möhübbət Hüseynov, Lənkəran RPŞ-nin sabiq rəisinin sabiq müavini Elçin Səfərov, Lənkəran RPŞ-nin əməkdaşı, polis serjantı Hüseynov Hüseyn Nadir oğlu, hal şahidləri: Sultanov Sultanağa Nəriman oğlu, Qurbanov Arzu Xanbala oğlu , Elman Ağayevin anası Azadə Xəlil qızı Ağayeva, Elman Ağayevin bacısı Yeganə Seydəmir qızı Bayramova və iş üzrə təqsirləndirilən şəxslər Bağırov Tale Kamil oğlu, Muradov Fərhad Mirzəhəsən oğlu , Əliyev Ramil Zabil oğlu, İbrahimov İsa Tofiq oğlu məhkəmədə araşdırılan hazırkı cinayət işində əlavə şahid qismində dindirilməsini məhkəmədən xahiş edib.

Vəkil eyni zamanda hüquqlarını müdafiə etdiyi Elman Ağayevin 30.11.2015-ci il tarixində Elmar Bayramov, BMCMİ-nin əməkdaşları İslam Ağabəyov, idarənin şöbə rəisi Kərim Əlimərdanov və adını bilmədiyi digər əməkdaşın birlikdə onu döyərək işgəncə verdikdən sonra evində axtarış aparılması barədə ərizəyə və digər hansısa sənədlərə imza atmağa məcbur edildiyini məhkəmənin diqqətinə çatdırıb. O qeyd edib ki, həmin sənədlərin arasında 29.11.2015-ci il tarixdə tərtib olunmuş “Əməliyyat axtarış tədbirinin keçirilməsi və maddi sübutların götürülməsi haqqında” onun adı qarşısında olan imza Elman Ağayev tərəfindən atılmamışdır. Ona görə də məhkəmədə vəsatət qaldıraraq hal şahidləri Sultanov Sultanağa Nəriman oğlu və Qurnabov Arzu Xanbala oğlu məhkəməyə şahid qismində dəvət olunmasını, Sultanov Sultanağa Nəriman oğlu və Qurnabov Arzu Xanbala oğlundan, Ağayev Elman Seydəmir oğlunun imza nümunələri alınaraq həmin imzaların 29.11.2015 tarixində tərtib olunmuş “Əməliyyat axtarış tədbirinin keçirilməsi və maddi sübutların götürülməsi haqqında” onun adı qarşısında olan imza Elman Ağayev tərəfindən atılmamışdır.

Ona görə də məhkəmədə vəsatət qaldıraraq hal şahidləri Sultanov Sultanağa Nəriman oğlu və Qurnabov Arzu Xanbala oğlu məhkəməyə şahid qismində dəvət olunmasını, Sultanov Sultanağa Nəriman oğlu və Qurnabov Arzu Xanbala oğlundan, Ağayev Elman Seydəmir oğlunun imza nümunələri alınaraq həmin imzaların 29.11.2015 tarixində tərtib olunmuş “Əməliyyat axtarış tədbirinin keçirilməsi və maddi sübutların götürülməsi haqqında” protokolda olan imzalarla eynilik təşkil edib etməməsi üçün məhkəmə xətşünaslıq ekspertizası təyin edilməsini istəyib. Daha sonra  müdafiə vəkillərinin verdikləri vəsatətlərlə bağlı ittiham tərəfindən mövqe bildirmək üçün vaxt istənildi . Digər müdafiə vəkilləri də vəsatətlər verdi , o vəsatətlər hissəvi olaraq təmin olundu, bir hissəsi isə təmin olunmamış saxlanıldı. Təqsirləndirilən şəxslər də vəkillərinin verdiyi vəsatətləri təsdiq etdiklərini bildirdilər. Məhkəmə prosesi 7 avqust saat 10:30-da davam edəcək.

Qeyd edək ki, Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hərəsi 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir. Təqsirləndirilən şəxslər ittihamlarla razılaşmır, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini iddia edirlər.