Nardaran hadisələrindən 3 il ötür - Video

Noyabr ayının 26-ı 2015-ci il tarixində Bakının Nardaran qəsəbəsində qanlı hadisə baş verdi.

Polis xüsusi təyinatlıları əməliyyat keçirərək başda "Müsəlman Birliyi Hərəkatı"nın sədri Tale Bağırzadə olmaqla onlarla insanı saxladı.

Əməliyyat zamanı 4 nəfər inanclı həlak oldu.

Rəsmi açıqlamalarda 2 polisin öldürüldüyü vurğulansa da məhkəmə iclaslarında polisləri kimin öldürdüyü məlum olmadı.

Hadisələrin 3-cü il dönümü münasibəti ilə ictimai xadimlərdən müsahibə alınıb.

Operativ.tv hazırlanan müsahibəni təqdim edir.