Nardaran hadisələrinə görə həbs olunanlar azadlığa çıxdılar

Nardaran hadisələrinə görə həbs olunanlar azadlığa çıxdılar

2015-ci ilin noyabr ayının 26-dan sonra Bakının Sabunçu rayonu Nardaran qəsəbəsində baş verən hadisələr zamanı saxlanılan və daha sonra məhkəmənin hökmü ilə həbs olunan iki nəfər şəxs azadlığa çıxıb.

 

Bu barədə Rakurs.tv-yə onların yaxınları məlumat veriblər.

 

Məlumatda bildirilir ki, azadlığa çıxanlar Rəsul Xudaverdiyev və Ələkbər Əhmədovdur.

 

Sözügedən şəxslərin həbs müddətləri bitdiyi üçün azadlığa çıxdıqları qeyd olunur.

Facebook