Nardaran hadisələrinə görə həbs olunan Hacı Əli də azadlığa buraxılıb

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsindən Nardaran hadisələrinə görə həbs olunan iki məhkum azadlığa buraxılıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12,3 il müddətinə azadlıqdan məhrum edilmiş 1955-ci il təvəllüdlü Hüseynov Əli Ümmət oğlu və 1982-ci il təvəllüdlü Əliyev Ramil Zabil oğluna arayışlar təqdim olunub və onlar azadlğa çıxıb.

 

Onlar 2015-ci ilin noyabr ayında həbs olunmuşdular.

 

Qeyd edək ki, 1 saylı cəzaçəkmə müəssisəsindən 8 nəfər məhkum azadlığa çıxıb./Report