Namaz vaxtı məscidi partlatdılar

Nigeriyanın şimalında yerləşən Borno əyalətində terror hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, Gamboru Ngalı bölgəsində kamikadze səhər namazı zamanı məscidi partladıb.

Əyalətin rəsmisi Gideon Jubrin açıqlamasında 11 nəfərin öldüyünü, xeyli sayda vətəndaşın yaralandığını bildirib. 

O, hadisəni “Boko Haram” terror təşkilatının etdiyini bildirib. 

Bu məqamda bildirək ki, təşkilatın lideri Əbubəkir Şekau ötən gün yayımladığı videoda Nigeriyanın fərqli bölgələrinə hücum edəcəklərini açıqlamışdı.