"Namaz qılan, narkotik satanlara nifrət edən oğul narkotik satarmı?" - Video

Barəsində cinayət işi açılmış Müsəlman Birliyi Hərəkatının (MHB) kordinatoru Əhsən Nuruzadənin anası Zeynəb xanım oğlunun həbsinə münasibət bildirib. 

Qeyd edək ki, Müsəlman Birliyi Hərəkatının (MHB) kordinatoru Əhsən Nuruzadə oktyabrın 6-sı saat 13:00 radələrində yaşadığı binanın qarşısından qara rəngli "JEEP" markalı maşın tərəfindən naməlum istiqamətə aparılıb. Bundan sonra onun barəsində məlumat almaq mümkün olmayıb. Oktyabrın 10-da ona qarşı cinayət işi açılıb. Ə. Nuruzadənin vəkili Yalçın İmanov onun Cinayət Məcəlləsinin 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunması barədə məlumat verib. Yaxınları onun ictimai fəaliyyətinə görə həbs edildiyini bildirir. Hal - hazırda Ə. Nuruzadə Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasındadır.