Nahid Qəhrəmanlı da həbsxanadan məktub ünvanladı

Nahid Qəhrəmanlı da həbsxanadan məktub ünvanladı

Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü Nahid Qəhrəmanlı həbsxanadan məktub ünvanlayıb.

 

Rakurs.tv məktubu olduğu kimi təqdim edir:

 

"Bağışlayın və Mehriban Allahın adı ilə

 

Əgər imanlı olsanız Allahın qoruduğu şəxs sizin üçün daha xeyirlidir. (Hud suresi  86)

 

Bugün MBH-nın yaranmasından 6 il ötür. Bu qısa müddətdə uzun bir yol keçen və bu yolda hər addımında uğur qazanan bir təşkilatın yarandığı gündür. Bugün münasibət ilə təşkilatın lideri Tale Bağırzadəni və bütün üzvlərini təbrik edirəm. 
Təşkilatın yaranma zərurəti əsasən məscidlərin qanunsuz olaraq sökülməsi və millətimizin 96 faizinin müsəlman xalqlardan ibarət olduğu halda, qeyrət simvolumuz olan hicab qadağası səbəb olmuşdur. Bu qanunsuz əməllər hansısa gözü qanla dolmuş qudurğan məmurların göstərişi ilə icra edilmiş və bu qanunsuzluğa , insan haqlarının tapdalanmasına qarşı çıxan dəyərli ilahiyyatçılarımızın və möminlərimizin bəzilərini qətlə yetirib, bəzilərini isə uzun müddətli həbslərə məruz qoymuşlar. 

Bütün dünyanın, istər qərb ölkələrinin , istərsədə şərq ölkələrinin hamısının həbsdə olan vicdan və siyasi məhbusların azadlığını tələb etməsinə baxmayaraq, bu yönümdə heç bir müsbət adım atılmamışdır.

Bu cür haqsızlıqlar heç bir dövlətə və onun iqtidarına müsbət imic yarada bilməz. Əksinə olaraq inanclı insanlarla öz aralarında böyük bir uçurum yarana bilər. Bütün dünyada dəyərə çevrilmiş dini inanclarla heç bir iqtidar mübarizə aparmır. Çünki, bugün böyük bir gücə çevrilmiş dini inanclar dövlətlərin idarə edilməsində mühüm rol oynayır. 
Yuxarıda qeyd olunan mübarək ayədə də Allahın bizlərə gözəl vədəsi vardır . Əgər imanlı olsaq, vəd olunmuşun bizlərlə birgə olması çox yaxındır.

 

Sonda bütün müqavimət balalarını təbrik edirəm. Arzum budur ki , vəhdətimiz bərpa olsun, bütün möminlər vəhdət bayrağı altında birləşsinlər. AMİN! 

Vəssalamu Əleykum və Rəhmətullah. 
13.01.2021 7 saylı C.Ç.M"

Facebook