Nadir Salifov Azərbaycana veriləcək?

İstanbul polisi ötən gün xüsusi əməliyyat zamanı saxlanılmış Nadir Salifovu (kriminal aləmdə lotu Qulu kimi tanınır) dindirməkdə davam edir.

İstanbul polisindəki mənbələrin məlumatına görə, bütün zəruri prosedurlar başa çatdıqdan sonra N.Salifov Azərbaycana veriləcək.

Polisin və Türkiyə KİV-in məlumatlarında N.Salifovun adı Azərbaycan mafiyasının lideri kimi çəkilir, lakin ona qarşı hər hansı ittihamların sürülməsi ilə bağlı açıqlama verilmir.

"Habertürk" agentliyinin polisə istinadən yaydığı məlumata görə, 2016-cı ildə "kriminal avtoritet" Rövşən Lənkəranskinin qətlinə N.Salifovun da bağlılığı var.

Qeyd edək ki, ağır cinayətə görə məhkum edilmiş N.Salifov bir il öncə gözlənilmədən şərti olaraq azadlığa buraxıldı və Bakıdan Türkiyəyə getdi.

Hakimiyyətin bu hərəkətinin səbəbləri ilə bağlı açıqlama verilmədi. Eyni zamanda Rusiya mənbələrinin məlumatına görə, Moskvada bazarların əksəriyyətini öz nəzarətində saxlayan yaraqlı-reket qrupuna rəhbərlik edən N.Salifov Rusiyada çoxsaylı sahibkardan pul tələb etməkdə davam edib.

Azərbaycan XİN hələlik N.Salifovun saxlanmasını və Azərbaycana ekstradisiyasının mümkünlüyünü şərh etməyib.

* * *

"Lotu Quli" Türkiyədə saxlanılıb

Oktyabrın 8-də təxminən saat 21.00 radələrində Türkiyə polisinin ve təhlükəsizlik qüvvələrinin təşkil etdiyi əməliyyat nəticəsində ictimaiyyət arasında 'Lotu Quli'- ləqəbiylə tanınan Nadir Səlifov həbs polis nəzarətinə alınmışdır. Bu barədə Turanın Türkiyə müxbiri xəbər verir.

Əməliyyatla bağlı təfərruatlı məlumatlar, hələ ki, açıqlanmır.