Ən təhlükəli parollar sadalanıb

"Avira" antivirus tərtibatçıları hansı şifrələrin sındırılma üçün daha həssas olduğunu açıqlayıblar. Bu barədə şirkətin rəsmi saytında məlumat verilib.

 

Mütəxəssislər cihazın siqnalını simulyasiya edən xüsusi "yem" istifadə edərək, hakerlərin hansı loqin və şifrə kombinasiyalarını daxil edəcəyini yoxlayırlar. 

 

“Hakerlər istifadəçi adı və şifrəsini boş qoyurlar. Bu "admin"dən daha çox yayğındır ", - deyə "Avira"nın təhlükəsizlik üzrə analitiki Hamidreza Ebtehaj bəyan edib.

 

Saytda bildirilir ki, bundan sonra ən populyar kombinasiyalar "admin/QWestM0dem" və "admin/airlive" (24%), həmçinin "admin/admin", "support/support" və "root/root" ( 23,4%) olub.

 

"Avira" mütəxəssislərinin fikrincə, etibarlı şifrə ilə bağlı problemlər standart kombinasiyaları dəyişdirməyə ərinən istifadəçilərlə deyil, qadjet istehsalçıları ilə əlaqədardır. Belə ki, adi insanlar çox vaxt haker hücumları təhlükəsi barədə düşünmürlər.