Myanma lideri ilk dəfə baş verənlər barədə danışdı

Myanma lideri 2012-ci ildən başlayan müsəlmanlarla yerli buddistlər arasında toqquşmalardan sonra ilk dəfə baş verənlər haqda danışıb.

Rakurs TV-nin "CNN"ə istinadən məlumatına görə, Myanma lideri Aun San Su sentyabrın 18-də Roginya bölgəsində baş vermiş münaqişə ilə bağlı çıxış edib. Nobel Sülh mükafatı laureatı olan Aun San Su çıxışında hər iki tərəfi "zorakılığa son qoymağa" çağırıb. Çıxış parlamentin internet kanalı ilə canlı olaraq yayımlanıb. 

Myanma lideri bildirib ki, Banqladeş və digər ölkələrə sığınan rogihinyalılar geri qayıdacaqları təqdirdə onlara vətəndaşlıq verməyə hazırdır. O, eyni zamanda hansı tərəfdə olmasından asılı olmayaraq, qanunları pozan hər kəsin cəzalandırılacağını deyib.