Myanma hökuməti qaçqınların Banlqadeşdən qayıtmaması üçün sərhədə mina döşəyir

Eastnews.org-un verdiyi xəbərə görə, Myanma hökuməti Banqladeşə keçən Rohincalı qaçqınların geri qayıtmamağı üçün sərhəd ərazilərə mina döşəyir. Bu barədə Banqladeş hökumətindəki mənbə “Reuters” agentliyinə məlumat verib.  

Mənbənin məlumatına əsasən, minalama prosesi 3 gündür ki, davam edir. “Onlar sərhədboyu ərazilərə tikanlı məftillər çəkib, mina döşəyirlər”, - deyə agentliyə bildirilib. Banqladeş hökuməti bu barədə yerli mənbələrə və əllərində olan fotofaktlara əsasən məlumat veriblər.   Xatırladaq ki, son aylar Myanma hökuməti Rohinca müsəlmanlarına qarşı soyqırım siyasətini daha da gücləndirib.