Müsəlmanların qırılmasına görə Navalnıdan Putinə ittiham

Rusiya müxalifətinin lideri Aleksey Navalnı fb statusunda Myanmarda müsəlmanlara qarşı törədilən cinayətlərə görə Putini günahlandırıb

Aydındır ki, Rusiyada ikili standart siyasəti aparılır. Görünәni təkrarlamağa ehtiyac yoxdur. Maraqlı odur ki, bu münasibәtlәrdә hansı prinsiplәr vә ya kriteriyalardan istifadә olunur – “Dostlara – hər şey” yoxsa, “düşmənlərə – qanun”. Mәsәlәn hal-hazәrda Moskvanın mərkəzində icazəsiz aksiya keçirilir. Sıfır həbs. Hakimiyyәt tәrәfindәn sıfır tәzyiq. Sıfır cinayət işi. Təbliğatçıların hiddәti sıfır. Bunu 26 mart və 12 iyun antikorrupsiya mitinqlәri ilə müqayisə edin.

Aksiyanın mәzmununa bunu əlavə etmәk istәyirәm. Aksiya Myanmarda müsəlmanlara şiddətə qarşıdır. Düzgün etirazdır, yalnız yeri doğru deyil. Bu səfirliyin qarşısında olmamalıdır. BMT-nin Təhlükəsizlik Şurası artıq 10 ildir ki, Myanmar haqqında qətnamә qəbul etməyə çalışır. Bәs bu qәrarı kim ​məhdudlaşdırır? Doğrudur – Rusiya. Demәli piket Kreml və Rusiya Xarici İşlər Nazirliyinin qarşısında keçirilmәlidir.

Bu cinayətlərə görə Putin və Lavrov məsuliyyət daşıyırlar. Lakin etirazlar etməyə çağıran Kadırov, ozunu ele aparır ki, guya bunu başa düşmür.

azadliq.info