"Müsəlmanların borcudur ki, buna etiraz etsinlər"

Almaniya müsəlmanları  təkfirçi terrorçu  qrupların hərəkətlərini pisləmək məqsədilə  iyunun 17-də Köln şəhərində “Sülh yürüşü” təşkil edəcəklər.
 
Minlərlə müsəlmanın iştirak edəcəyi etiraz yürüşü “Bizim adımızla yox” şüarı ilə təşkil olunacaq.
 
Etiraz yürüşündən məqsəd İŞİD-in terror əməliyyatlarını pisləmək və terror qurbanlarının dərdlərinə şərik olmaqdır.  Almaniyada məscid imamları,dini və siyasi müsəlman şəxsiyyətlər və elm adamları  insanları yürüşdə aktiv iştirak etməyə çağırıb. 
 
Almaniyanın İslam və demokratiya inistitunuun  rəhbəri Lamya Kadur  deyib ki,  təssüflər olsun ki, terror və zorakılıq İslam adı ilə baş tutur və müsəlmanların borcudur ki,  sükutlarını pozsun və buna etiraz etsin. 
 
Müsəlmanlar etiraz etməklə göstərir ki,bu kimi  terror və zorakılıqları törədənlərin dini yoxdur.