Müsəlmanlardan Trampa çağırış

ABŞ-dakı müsəlmanlar Prezident Donald Trampa çağırış edib.
 
Onlar Trampdan Minnepolis ştatının Bluminqton şəhərində məscid yaxınlığında baş verən partlayışı qınamasını istəyib.
 
Amerika-İslam Əlaqələri Şurasının (CAİR) mətbuat katibi ABŞ rəsmilərinin bu hadisəyə səssiz qalmasının yalnız İslam düşmənlərini gücləndirəcəyini bildirib.
 
Ağ Evdən məsələ ilə bağlı açıqlama verən Milli Təhlükəsizlik rəsmisi Sebastiyan Qorka Trampın səssizliyini hücumun arxasındakı ideoloji səbəbin bilinməməsi ilə əlaqəli olduğunu deyib.
 
Qeyd edək ki, ABŞ-ın Minnepolis ştatının Bluminqton şəhərində məscid yaxınlığında partlayış baş vermişdi.