Müsəlman futbolçu dininə görə buna məcbur oldu

Türkiyə mediasına istinadən xəbər verilir ki, iki həftə əvvəl növbəti mövsümə başlayan "Skopje" komandasının şərəfini qoruyan Osmani klub rəhbərliyini məyus edib. Yenicə Makedoniya təmsilçisinin sıralarına qatılan hücumçu komandadan ayrılıb. Onun klubdan ayrılma səbəbi isə "Skopje"nin embleminin üzərində xaç işarəsinin olmasıdır. Müsəlman futbolçu qınaq obyektinə çevrildiyinə görə bu addımı atmağa məcbur olduğunu vurğulayıb.

Makedon mətbuatına danışan Osmani "Klub embleminin üzərində xaç işarəsi var. Bunun dini səbəblərə görə bağlamaq istədim. Buna görə hər kəs mənə fərqli baxmağa başladı."