EURO : 1,8828 TRY : 0,2962 USD : 1,7 RUB : 0,0266
“Müsəlman Birliyi” Hərəkatının üzvü təcridxanaya köçürüldü

“Müsəlman Birliyi” Hərəkatının üzvü təcridxanaya köçürüldü

Türkiyədə saxlanılaraq, Azərbaycan hökumətinə təhvil verilən və martın 22-də Bakıya gətirilən "Müsəlman Birliyi” Hərəkatının üzvü Anar Cabbarovun artıq Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasına göndərilib.
 
Bu barədə ailə üzvləri məlumat veriblər. Bildirilib ki, Anar Cabbarov narkotik maddə ittihamı ilə həbs edilib.
 
Ailə üzvləri və vəkili Bəhruz Bayramov isə ittihamları qəbul etmir və həbsin sifariş əsasinda olduğunu bildirir.
 
"Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırzadənin dostu olan Anar Cabbarovu martın 15-də Türkiyədə sənədlərində problem səbəbilə əvvəlcə polis idarəsinə, daha sonra Deportasiya İdarəsinə aparıblar. Türkiyədə hüquqlarını müdafiə edən vəkilə bildirilib ki, sənədlərində problem olduğundan onun haqqında dəqiqləşmə aparılır, tezliklə buraxılacaq. Daha sonra A.Cabbarov Azərbaycanın İstanbuldakı Baş Konsulluğuna aparılıb. Oradan müəyyən sənədlər alınıb.
 
Martın 22-də vəkili A.Cabbarovla görüşə gedəndə ona deyilib ki, müvəkkili bəzi dəqiqləşdirmələr üçün yenidən Azərbaycanın İstanbuldakı Baş Konsulluğuna aparılır, bir neçə saata geri qaytarılacaq, daha sonra isə çox güman ki, azad ediləcək. Lakin Anar Cabbarov bir daha geri qaytarılmayıb. Elə həmin gün Bakı aeroportunda tanışları Anar Cabbarovun əlləri bağlı vəziyyətdə gətirildiyini görüb.
 
Anar Cabbarov keçərkən qısaca həmin şəxsə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparıldığını deyib və yaxınlarına xəbər verməsini istəyib.
 
Toplum.tv

Facebook