EURO : 1,8737 TRY : 0,2585 USD : 1,7 RUB : 0,0214
Müsəlman Birliyi Hərəkatının üç üzvü naməlum istiqamətə aparılıb

Müsəlman Birliyi Hərəkatının üç üzvü naməlum istiqamətə aparılıb

Müsəlman Birliyi Hərəkatının üç üzvü naməlum istiqamətə aparılıb.

Bu barədə MBH-nın Mətbuat Xidməti məlumat yayıb.

 

Məlumatda bildirilir ki, bu gün səhər (27 Fevral) Müsəlman Birliyi Hərəkatının iki üzvü Qasımov İlyas Sadıqov İqbal Ağcəbədi rayonunda yerləşən çay evlərinin birindən iki mülki geyimli şəxs tərəfindən qolları qandallanaraq naməlum istiqamətə aparılıb. 

Hadisədən bir neçə dəqiqə sonra isə hərəkatın daha bir üzvü Ağcabədi sakini Novruzov Elməddin də iş yerindən qolu qandallanaraq aparılıb. Onların harada olduğu, kimlər və hansı səbəbə görə saxlanıldığı hələ də bəlli deyil.

Hər üç şəxsin ailəsi, eyni halda hərəkat rəhbərliyi onların vəziyyətindən narahatdır.

Hərəkat rəhbərliyi bu addımı hakimiyyətin MBH üzvlərinə qarşı növbəti təxribatı kimi dəyərləndirir.

 

Facebook