Müsəlman Birliyi Hərəkatının daha bir üzvü saxlanıldı - Yeniləndi

Müsəlman Birliyi Hərəkatının daha bir üzvü saxlanıldı - Yeniləndi

Rakurs.tv-nin əldə etdiyi məlumata əsasən, Alik Aslanov İmişli Rayon Məhkəməsinin hakimlərinin qərarı ilə 15 sutka müddətinə inzibati həbs cəzasına məhkum edilib.

 

11:09

 

Müsəlman Birliyi Hərəkatının üzvü Alik Aslanov polis tərəfindən saxlanılıb.


Şahidlərin sözlərinə görə, o, dünən mülki geyimli şəxslər tərəfindən tutularaq aparılıb.


A. Aslanovun yaxınları Rakurs.tv-yə deyib ki, dünən ona qeydiyyatda olduğu İmişli polisindən zəng gəlib və Bakıda olduqlarını, görüşmək istədiklərini deyiblər. Bundan sonra onu tutub, İmişliyə aparıblar.


Məlumata əsasən, Alik Aslanov bu gün İmişli Rayon Məhkəməsində hakim qarşısına çıxarılacaq.

 

Alik Aslanovun saxlanılmasının səbəbi və nə ilə ittiham edilməsinə dair polisdən heç bir açıqlama verilməyib.

 

Məlumat olduqca yenilənəcək.

Facebook