Müsəlman Birliyi Hərəkatının 6 yaşı tamam olur

Müsəlman Birliyi Hərəkatının 6 yaşı tamam olur

Bu gün Müsəlman Birliyi Hərəkatının 6 yaşı tamam olur.

 

Bu barədə Müsəlman Birliyi Hərəkatının mətbuat xidmətinin rəhbəri Əbülfəz Bünyadov rəsmi facebook hesabında yazıb.

 

Rakurs.tv Əbülfəz Bünyadovun fikirlərini olduğu kimi təqdim edir:

 

"6 illik bir tarix...


Daha bir ili arxada qoyduq. Bərabər addımladığımız altı il...


Bu illər bizi bir çox keşməkeşli anlara şahidlik etdirdi. Sevinc də yaşadıq kədər də. Öz növbəmizdə hədəfimizdə dəyişməz mövqe ilə bu illəri Allaha sığınaraq xalqımızın, millətimizin, İslam ümmətinin yanında seyirçi deyil, dəstəkçi olmağa çalışdıq.


Hər şeyin çətin olacağı elə ilk addımımızdan bizə bəlli idi. Ancaq həqiqət naminə məşəqqət yaşamaq, ağrıya dözmək gözəllik bəxş edəcəkdi deyə bunu cani könüldən qəbul etdik. Haqq sözümüzə görə öldürüldük, həbslərə atıldıq, əzildik, işgəncə gördük və ən elementar hüquqlarımız belə əlimizdən alındı. Lakin bütün sıxıntılarda sinə gələ bildik. Bunun üçün Allahın yardımı, sizin dəstəyinizi bizimlə oldu.


Dayanmadıq, Nardaranda qardaşlarımızı, Gəncdə ürək paralarımızı haqsızlıq və zülmə məruz qoyaraq amansızcasına şəhid etmələri, tərəfdarlarımızı həbs və işgəncələrə, təzyiq və təqiblərə məruz qoymaları bizi ruhdan salmadı. Mübarizəmizdə mətanət göstərib Müsəlman Birliyinin həqiqi hədəfini bu gün ikinci Qarabağ müharibəsində şəhid və qazi verərək hərəkat fəallarımızın reallığında təqdim etdik. Bu bizim məqsədimizin nəticəsi idi.


Milli ruhumuzda bir ümmət hədəfi ilə bu gün sizinlə olmaq bizim qürurumuzdur".

Facebook