Müsəlman Birliyi Hərəkatı Gəncə işi ilə bağlı bəyanat yaydı

Müsəlman Birliyi Hərəkatı Gəncə işi ilə bağlı bəyanat yaydı

Müsəlman Birliyi Hərəkatı "Gəncə işi" ilə əlaqədar olaraq bəyanatla çıxış edib.

Hərəkatın mətbuat xidmətindən Rakurs.tv-yə daxil olan bəyanatı olduğu kimi təqdim edirik:

 

"Yeni işıqlı gələcəyin ümidinə toplaşan neçə-neçə insan hələ də ədalətsiz hökmlərin xəyal qırıqlığında, yalançı ittihmlarla dəmir barmaqlıqlar arasında həbs həyatı yaşamaqdadır. Bu insanların böyük əksəriyyəti siyasi baxışlarının qurbanı, bəziləri isə qruplaşdırılan cinayətlərdə günahsızlıq içində baş verən hadisələrin sərhədlərini belə tanımır.

 

İşin qruplaşdırılması artıq Azərbaycan məhkəmə sisteminə çoxdan tanış ssenaridir. Ağırlaşdırılma növünə daxil bu cəza mexanizmi artıq bir çoxları üzərinə tətbiq olunub. Qruplaşdırılan cinayət işi təqsirləndirilənlərin mütəşəkkil və eyni halda planlı iş birliyini ehtiva edir. Təəssüf ki, əksər zamanlarda hakimiyyət bu mexanizmdən yalnız qarşısında olan maneələri aradan qaldırmaq üçün istifadə edir. Belə bir insafsız ittiham metodu ötən həftə məhkəməsi olan Yunis Səfərovla bağlı sonuncu "Gəncə işi"nə də tətbiq edildi. Qruplaşdırılan şəxslərdən də həbs anından işgəncələrə məruz qalan Y. Səfərovu ən ağır cəza ilə əzmək üçün istifadə edilmişdir.


Uzun sürən istintaq və məhkəmə də məhz buna hesablanmışdı. Dövlət ittihamçısının ağılagəlməz maddələr oxuduğu şəxslərin, onların heç birinin bu cinayətlə əsla əlaqəsi olmadan yalnız cinayət işinə ağırlıq gətirmə baxımından qruplaşdırılması açıq şəkildə sezilir.

Biz, Müsəlman Birliyi Hərəkatı olaraq ölkənin məhkəmə sisteminə qara ləkə olan sifarişli həbsləri gerçəkləşdirən məhkəmələrin insan ömrünə xətt çəkən qərarlarını qınayır və "Gəncə işi" ilə bağlı ədalətli qərar tələb edirik.

 

Müsəlman Birliyi Hərəkatı.


05.04.2021".

Facebook