Müsavatın yürüşünə hansı partiyalar qoşulacaq...

Müsavat Partiyası oktyabrın 21-də yürüş keçirməyi planlaşdırır. Yürüş “Qarabağa azadlıq!”, “Siyasi məhbuslara azadlıq!”, “Sərbəst toplaşmaq azadlığı təmin edilsin!” kimi şüarlarla keçiriləcək.

Partiya artıq bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinə rəsmi müraciət də göndərib.

Bəs yürüşə hansı siyasi partiyalar qoşulacaq?

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Modern.az-a belə cavab verib:

“Bildiyiniz kimi oktyabrın 21-də partiyamız yürüş  keçirməyi planlaşdırır. Bu yürüş ümumxalq yürüşüdür.  İndidən bunu elan edirik ki, yürüşdə  hər bir  Azərbaycan vətəndaşı, hər bir siyasi partiya iştirak edə bilər. Buna baxmayaraq hansı siyasi partiyalara müraciət edəcəyimiz və bu kimi digər məsələlərlə bağlı rəsmi razılıq alandan sonra  xüsusi qərarımız olacaq”.