Müsavat Partiyasında başqana yeni müavin təyin olundu

Müsavat başqanı Arif Hacılının sərəncamı ilə Divan üzvü Razim Əmiraslanlı başqanın müavini vəzifəsinə təyin olunub. Bu haqda partiyanın mətbuat xidmətindən bildirilib.

Razim Əmiraslanlı 1965-ci ildə Cəbrayıl rayonunda anadan olub. İxtisasca hüquqşünasdır.

2000-ci ildən Müsavat Partiyasının üzvüdür. 2011-2015-ci illərdə Müsavat Partiyası Səbail rayon təşkilatının sədri olub. 2013-cü ildən partiyanın təşkilat şöbəsinin müdiri, 2014-cü ildən Divan üzvüdür.