Müsavat fəalı İlqar Mahmudun yeri bilinmir

Dünən, sentyabrın 13-də Müsavat Partiyasının fəalı İlqar Mahmudun Bakıda yaşadğı evin yaxınlığında saxlanaraq naməlum istiqamətə aparıldığı bildirilir.
 
Xəbəri Azadlıq Radiosu yayıb.
 
Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı AzadlıqRadiosuna deyib ki, yaxınlarının səylərinə baxmayaraq onun harada saxlandığını müəyyən edə bilməyiblər.
 
O, məsələ ilə bağlı bəzi fikirlərini də dilə gətirib: "İlqar Mahmud partiyanın Laçın təşkilatının üzvüdür. "Laçına qayıdış” hərəkatının fəallarındandır. Köçkünlərin tədbirlərində həmişə fəal şəkildə iştirak edirdi”.
 
Məsələ ilə bağlı hüquq-mühafizə orqanları münasibət bildirməyib.