Müsavat başqanının müavini istefa verdi

Müsavat Partiyasının başqan müavini Elman Fəttah vəzifəsindən istefa verib. 
 
E. Fəttah APA-ya açıqlamasında bu barədə yayılan xəbərləri təsdiqləyib. O bildirib ki, istefasına partiyanın idarəçiliyində yaranan fikir ayrılıqları səbəb olub. 
 
E. Fəttah yalnız vəzifəsindən istefa verdiyini və partiyada fəaliyyətini davam etdirdiyini söyləyib.