Murad Ədilov azadlığa buraxılıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Murad Ədilov azadlığa buraxılıb. 

 

Rakurs.tv xəbər verir ki, qərar Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində icra olunub. 

 

Qeyd edək ki, M.Ədilov isə 2014-cü ilin avqustunda həbs olunub və ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (böyük ölçüdə narkotik maddələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb. O, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib.